Hadisə

TİA.AZ 8 YAŞINI QEYD EDİR

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur.

2009-cu il oktyabırın 6-da Azərbaycan internet məkanına TİA.AZ saytı da qoşuldu. Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu, həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. Lakin TİA.AZ xəbər portal olaraq, qısa zamanda oxucu diqqətini və rəğbətini qazana bildi. 8 ildir ki, TİA.AZ ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə hər zaman dəqiqlik və operativlik nümayiş etdirir.

Bu gün Azərbaycan internet məkanında xəbər saytlarının sayı artmaqdadır. TİA.AZ da bu 8 il müddətində yeniliklərlə oxucuların xəbərə tələbatını ödəməyə çalışıb. Artıq saytda hər hansı hadisə və xəbəri oxucular təkcə foto və yazılı mətndə deyil, eyni zamanda video materiallarda da görürlər. Bundan əlavə ayrı-ayrı bölgələrimizdə yaşayan vətəndaşlarımız müxtəlif sosial problemlərinin işıqlandırılmasında bizə müraciət edir. TİA.AZ vətəndaş şikayətlərinin araşdırılmasında və probləmlərin işıqlandırılmasında əlindən gələni edir.

Bundan əlavə mətbuatda, ədəbiyyatda imzası ilə tanınan yazarlarımız da TİA.AZ-la əməkdaşlıq edir.

TİA.AZ bu sahəyə yeni gələn yazarlara dəstək olur, onların ilk qələm təcrübələrinə portalımızda yer verir. Bir sözlə, TİA.AZ oxucuların ona olan böyük inamını doğrulda bilib.

Bu günə qədər bu xəbər portalında zəhməti keçmiş hər bir həmkarımıza dərin təşəkkürümüzü bildirir və bu gün münasibətilə kollektivimizdə hər kəsi təbrik edirik!

Bənzər yazılar

Back to top button