Maska cəriməsinə münasibət: “Ölüm cəzası belə cinayətin qarşısını ala bilmir…”

by Aztoday Xəbər Portalı

“Qədim zamanlardan belə ölüm cəzası cinayətin qarşısını ala bilməyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Milli Məclisin maska taxmayanlarla bağlı cərimə tətbiqi ilə bağlı qərarını şərh edərkən deyib. Onun fikrincə, Operativ Qərargah çox yalnış qərarlar verir:

“Əslində çox sərt tədbirlər görülür. Bu sərt tədbirlərin 100% nəticə verə bilcəyini deyə bilmərəm. Çünki ölüm cəzası belə cinayətin qarşısını ala bilmədi. Ona görə də ən sərt tədbirlərə belə insanlar könüllü şəkildə getmirsə, ona tam inanmaq olmaz”.

Adil Qeybulla hesab edir ki, bu sərt qərarlardansa maarifləndirici tədbirləri artırmaq lazımdır:

“Məsələn, onlar başdan maarifləndirici tədbirləri düzgün qura bilməyiblər. Elə indi də həmin qaydada gedir. Hətta Milli Məclis belə qərar qəbul etsə də, yenə də əsas gücü maarifləndirici tədbirlərə yönəltmək lazımdır”.

Bənzər Yazılar