Maduro Aİ səfirinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi

by Aztoday Xəbər Portalı

Venesuela Prezidenti Nikolas Maduro Avropa İttifaqının səfiri İzabel Brilante Pedrosa ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Maduronun bu qərarı Avropa İttifaqının 11 venesuelalı diplomata sanksiya tətbiq etməsindən bir neçə saat sonra gəlib.

Hazırda Venesuelanın hava məkanının pandemiya səbəbindən uçuşlar üçün qapalı olduğunu xatırladan ölkə rəhbəri səfirin getməyi üçün xüsusi təyyarə borc verə biləcəklərini deyib.

Qeyd edək ki, ABŞ və Aİ Venesuealada müxalifət lideri Xuan Quaydonu dəstəkləyirlər.

Bənzər Yazılar