Siyasət

QAZAX NAZİRİN BAKI SƏFƏRİNİN SİRRİ: ZƏNGƏZUR DƏHLİZİ KİMƏ LAZIMDIR? – ANALİZ

Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycana səfər edərək prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü.

Qazaxıstan Azərbaycanla strateji əlaqələri üst səviyyəyə qaldırmaq istəyir, bunu Muxtar Tleuberdinin Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşündə söylədiyi açıqlamalardan da müəyyənləşdirmək olar.

Tia.az xəbər verir ki, Şuşa bəyannaməsi Qazaxıstanı hərəkətə gətirib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu qənaətdədir.

Politoloqun fikrincə, – Azərbaycanın Qarabağdakı qələbəsi regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazla Mərkəzi Asiya arasında inteqrasiyaya, Xəzər dənizinin liman infrasturkturunun inkişafına təkan verəcək. Azərbaycan böyük enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilir. Bu Qazaxıstanın da maraqlarına cavab verir.

Qazaxıstan Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbəyə sevinir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada müttəfiqliklə bağlı imzaladıqları bəyannamə də Qazaxıstanın diqqətini çəkib.

Zəngəzur dəhlizinin açılmasıyla Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birlərinə daha sıx bağlanacaqlar. Buna qədər isə bu ölkələr siyasi, iqtisadi və hərbi əlaqələrini gücləndirəcəklər.

Bənzər yazılar

Back to top button