İdman

“Setyenin yerində olsaydım, Messini oynatmazdım”

Argentina millisinin keçmiş qapıçısı Uqo Qatti “Barselona”nın hücumçusu Lionel Messinin oyununda geriləmə olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, Qatti “El Chiringuito de Jogenes” efirində deyib:

“Messi indi daha çox insana bənzəyir. Onun əvvəllər topla etdiyi şeylər inanılmaz idi. Sanki indi bəzi çatışmazlıqlar var.

Messi Allah deyil. Leo da insandı, aramızdadı. Onun səndən, məndən heç bir fərqi yoxdu. Messi də əziyyət çəkir, arada özünü zəif hiss edir.

Messi narahatdı, çünki özünü əvvəlki Messi kimi hiss etmir. Söhbət ətrafındakılardan getmir, onsuz da, o, “Barselona”da həmişə tək oynayıb. Mən Kike Setyenin yerində olsaydım, onu ehtiyatda saxlayardım”.

Bənzər yazılar

Back to top button