Naxçıvandan Bakıya gediş-gəlişlə bağlı açıqlama

by Aztoday Xəbər Portalı

“Naxçıvan Ermənistan tərəfindən blokadadır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Bakıda olan Naxçıvan sakinləri üçün uçuşlar bərpa olunub, sərnişinlər pulsuz testdən keçirilir: “İlkin mərhələdə vətəndaşların sayında artım var idi və reyslərin də sayı artırıldı. Əvvəllər İranla sərhəd açıq idi və avtobusla da Naxçıvana gediş-gəliş təmin olunurdu. Təyyarə ilə bunu tam həyata keçirmək mümkün deyil. Reyslərin intensivliyi də müraciətlərə uyğun həyata keçirilir”.

Bənzər Yazılar