Hadisə
Prezidentin köməkçisi Rusiyadakı soydaşlarımıza çağırış etdi
“Rusiyada olan vətəndaşlarımızın zorakılıq xarakteri daşıyan hər hansı addımlardan çəkinməsi vacibdir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dağıstanda azərbaycanlıların həbsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, saxlanılan Azərbaycan vətəndaşları ilə əlaqədar Azərbaycanın aidiyyəti strukturları Rusiya ilə əlaqə saxlayır.