Dünya

MacBook Air 2020 təqdim edildi

Apple şirkəti yeni iPad Pro ilə yanaşı MacBook Air 2020 modelini də təqdim edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, MBA-nın ən diqqətçəkən özəlliyi RAM-ların frekans sürətidir. Belə ki, yeni modeldə 3733 MHz RAM-a yer verilib.

13,3 düyüm genişliyində, 2560×1600 ölçülü retina ekranı olan modelin 1,1 GHz 4 nüvəli 10-cu nəsil intel core i3 və intel core i5 versiyaları var. Apple-ın bu modellərinin yaddaşı isə 256 GB-dan başlayır.

İntel Core İ3-lər üçün 2095, core i5-lər üçün isə təxminən 2300 manatınızı gözdən çıxarmalısınız.

Bənzər yazılar

Back to top button