AnalitikaİqtisadiyyatManşet

Sabiq məmurun Praqada “torpaq həsrəti” (SƏNƏD)

Jurnalist Cavanşir Həsənli daha bir sabiq məmurun xaricdə şirkətinin olmasını üzə çıxarıb.

AzToday.az xəbər verir ki, Cavanşir Həsənli sabiq məmur Hacıqulu Sadıqovla bağlı yaydığı məlumatda onun Çexiyada şirkət sahibi olduğunu bildirib:

“… 3 il əvvəl xoşagəlməz əməllərinə görə Energetika Nazirliyindən qovulmuşdu. Nazirlikdə Dövlət Qaz Nəzarət İdarəsinin rəisi idi.

Adam Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. Yəni “torpaq həsrəti” “Qaçqınkom” məmurunu Praqaya qədər aparıb çıxarıb.

Sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modřany, Na schoddkách 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Vaqif Axundovun oğlu Murad Axundovun və Dövlət Gömrük Komitəsinin idarə rəisi Fərid Vəliyevin də şirkətləri hüquqi qeydiyyatdadır.

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib”.

Bənzər yazılar

Back to top button