İdman

Messi “Barselona”da qalmaq üçün yeganə şərtini açıqladı

“Barselona”dan ayrılacağı və “Mançester Siti”yə keçəcəyi deyilən Lionel Messinin Kataloniya klubunda qalmaq üçün irəli sürdüyü şərt açıqlanıb.

Fanat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “The Sun” qəzeti məlumat yayıb.

Bildirilir ki, müqaviləsi 2021-ci ildə başa çatacaq Messi keçmiş komanda yoldaşı Xavi baş məşqçi təyin olunacağı halda kataloniyalılarla yeni müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “El Mundo Deportivo”nun jurnalisti Fransesk Aqiların “Twitter” hesabında “Barselona”nın bir neçə vacib oyunçusunun istəyi ilə rəhbərliyin Xaviyə təklif göndərdiyini yazmışdı. Xavi klub prezidentliyinə namizəd Vikto Fontun dəstəkçisidi.

Fanat.Az

Bənzər yazılar

Back to top button