İdman

Məşhur ingilis klubundan millimizin futbolçusuna təklif

İngiltərənin “Vulverhempton” klubunda çıxış edən Renat Dadaşova daha bir klubdan təklif var.

Qaynarinfo xəbər verir ki, millimizin futbolçusuna “Birmingem” də “elçi düşüb. “Çempionşip” təmsilçisi 21 yaşlı futbolçunu mövsümün sonunda heyətinə qatmaq niyyətindədi.

“Birmingem” rəhbərliyi bu keçidlə bağlı “Vulverhempton”a müraciət etməyə hazırlaşır. “Çempionşip” təmsilçisi futbolçumuzu icarəyə götürmək istəyir

Qeyd edək ki, Renatı İngiltərənin “Koventri” klubu da icarəyə götürməyə çalışır. Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. O? mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib.

Bənzər yazılar

Back to top button