Siyasət

Azərbaycanlı fəalların Bəzz qalasına yürüşün qarşısı alındı

Milli fəalların Güney Azərbaycanın Kəleybər bölgəsində yerləşən Bəzz qalasına yürüşünə imkan verilməyib.

AzToday.az cebhe.info-ya istinadən xəbər verir ki, GAMOH İradə Heyətinin üzvü Ağrı Qaradağlının verdiyi məlumata görə, yürüşün qarşısı İranın təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin doğum günü hə il iyulun ilk günlərində qeyd olunur.

Ötən əsrin 90-cı illərindən görkəmli tarixçi alim Məhəmməd Tağı Zehtabinin təşəbbüsü ilə milli fəallar hər il Babək qalasına yürüşə çıxırlar.

2000-ci illərin əvvəllərindən Babək qalasına yürüş daha kütləvi hal almağa başlayıb. Bir neçə ildir ki, İran hakimiyyəti müxtəlif bəhanələrlə aksiyanın keçirilməsinə imkan vermir.

Məlumata görə, rehimin casusları i qalanın zirvəsində video və şəkil çəkməyə icazə verməyib, şəkil çəkənləri ya saxlayıb ya da telefonlarını alaraq, fotoları silməyə məcbur ediblər.

Bənzər yazılar

Back to top button