İdman

Mourinyo: “Onu qucaqlamaq üçün sosial məsafəni pozacam”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandasının Premyer Liqa çərçivəsində sabah qarşılaşacağı “Everton”un çalışdırıcısı Karlo Ançelottidən danışıb.

Fanat.Az xəbər verir ki, Mourinyo həmkarını tərifləyib:

“Məncə, Karlo həm insan, həm də məşqçi kimi hamının rəğbətini qazanmış adamdı. Onu çox istəyirəm. Son 20 ildə dünyanın top-məşqçilərindən biri olduğunu sübut edib. Bu gün də heç nə dəyişməyib. Ançelotti ən yaxşılardandı. Onu yaxından tanıdığım üçün bəxtim gətirib. Fantastik oğlandı! Onu qucaqlamaq üçün sosial məsafə qaydalarını pozacam. Çünki, Premyer Liqaya qayıtmasına çox sevindiyim Karlo xoşuma gəlir”.

Bənzər yazılar

Back to top button