İdman

“Ermənilər Azərbaycana gəlsələr, təhlükəsizlikləri təmin ediləcək”

“Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib. Bundan sonra da belə olacaq”.

AzToday.az “Report”a istinadla xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün Ermənistan təmsilçilərinin qeydiyyatdan keçmələrinə münasibət bildirərkən deyib.

Nazir turnirdə bütün ölkələrin təhlükəsizliyinin təmin olunacağını diqqətə çatdırıb:

“Ölkəmizdə bir çox beynəlxalq tədbirlər təşkil edilir. Bunlar hər dəfə yüksək səviyyədə keçirilir”.

Qeyd edək ki, dünya çempionatı 14 avqust – 1 sentyabr tarixlərində keçiriləcək.

Bənzər yazılar

Back to top button