Gündəm

MILLI QƏHRƏMAN MAYOR SAMID İMANOVUN ILDÖNÜMÜ KEÇIRILIB – FOTOLAR

Bu gün Aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Samid İmanovun şəhadətindən bir il keçdi.İldönümü şəhidin ata ocağı Neftçala rayonu Həsənabad qəsəbəsində baş tutub.

Mərasimdə Azərbaycanın müxtəlif rayonlarından, ictima-siyasi fəallar, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib.Milli Qəhrəman, mayor Samid İmanovun döyüş yoldaşları gələcək nəsillərə mərdlik, şücaət səlnaməsi yadigar qoyan Samid haqqında xatirələrini bölüşüb və yaxın gələcəkdə qisasının alınmasını söz veriblər.

Azərbaycanın müxtəlif yerlərindən gələn ruhanilər Qurani-Kərimdən surələr oxumuş, şəhidlik məqamının Allah dərgahında uca zirvə olduğunu ayələrlə məclis iştirakçılarına çatdırmışlar:

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) ”ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz”(Bəqərə 154). Başqa bir ayədə isə: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”(Ali İmran 169-170). Daha sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə iştirak edən ictimai-siyasi fəallar Milli Qəhrəman haqqında xatirələrini bölüşmüş, gələcək nəsil üçün qəhrəımanlıq mirası qoyduğunu xüsusi vurğulamışlar.Ehsan süfrəsi açılmış, daha sonra Neftçala Şəhidlər xiyabanına yollanan mərasim iştirakçılarını maşın karvanı müşayiət edib.Milli Qəhrəmanın məzarı önünə dövlət rəsmiləri, döyüş yoldaşları, ailə üzvləri əklil qoymuş, Qurani-Kərimdən Yasin surəsi oxunmuşdur.

Qeyd edək ki, bu gün Neftçala rayonu Həsənabad qəsəbəsi bayrağa bürünmüşdü.Yol boyu işıq dirəklərində uğrunda canını fəda etdiyi üç rəngli bayrağımız dalğalanıb.Rayonun mərkəzi küçələrindən biri bundan sonra qəhrəmanımızın adını daşıyacaq.Yaşadığı evin önünə (uzunmüddətdən sonra) yazı lövhəsi asılıb.

Uluyol.info olaraq “Şəhidlərimi hər gün anaq” lahiyəsi çərçivəsində indiyə kimi onlarla şəhidimiz haqqında reportaj, məqalə dərc etmişik.Bu dəfə Milli Qəhrəman Samid İmanov haqqında qeyd edək:

İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala Rayonnu Həsənabad qəsəbəsində dünyaya göz açıb.Orta məktəbə rayonda yerləşən 1 saylı orta məktəbə getmiş və buranı 1998-ci ildə bitirmişdir.Məktəbi bitidikdən sonra Ali Hərbi Məktəbə daxil olur və 2003- cü ildə fərqlənmə ilə təhsilini başa vurur.

Xidməti zamanı hərbinin sirrlərini mənimsəmiş və illər ərzində bir çox əməliyyatlarda, kurslarda iştirak etmişdir: Türkiyə Cumruhiyyətində “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, “Anadolu-2007″, ”Anadolu Qartalı-2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumuniya Respublikasında “dağa dırmanma üzrə təlimatçı kursunda iştirak etmişdir.

2004-cü ilin iyun ayından Xüsusi Təyyinatlı hərbi hissədə “Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət etmişdir. Xidməti müddətində 6 medalla təltif olunan az sayda hərbiçilərdən biri olub.Şəhid olmamışdan öncə genştabda son kursda oxuyurdu (gələcəyin generala real namizədlərdən olduğu ücün nazirlik tərəfindən göndərilmişdi)

Bundan başqa, Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir.

Samid İmanov Göstərdiyi qəhramanlıqlara görə, kursant vaxtı mərhum prezident Heydər Əliyev tərəfindən və İlham Əliyev tərəfindən iki dəfə qəbul edilərək mükafatlandırılmışdır.

“Qüsursuz xidmətə görə”medalı 3-cü dərəcə(10il)

“Qüsursuz xidmətə görə”medalı 2-ci dərəcə(15il)

“Hərbi xidmətdə fərqlənməyə görə”medalı 3-cü dərəcə

“Hərbi xidmətdə fərqlənməyə görə” medalı 2-ci dərəcə

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi(1918-2008) ” yubiley medalı

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illliyi(1918-2013)” yubiley medalı

“Qızıl Ulduz”medalı 2016-ci il.

Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurmuş , dəfələrlə düşmənin arxasına keçmiş, komandanlığa çox vacib hərbi sirr olan məlumatları gətirmişdir.
2014-ciu il avqust ayında erməninin təxribatının qarşısını almaq üçün Samid İmanovun rəhbərliyi ilə əməliyyat keçirilmiş və düçmənin 20-ə yaxın canlı qüvvəsi, bir neçə texnikası məhv edilmişdir.

Ötən il Aprel ayının ikisindən başlayan cəbhə xəttində intensiv döyüşlər zamanı Samid İmanovun dəstəsi düşmənin içərilərinə girməyi bacarmış və min hektarlarla sahə, yüksəkliklər alınmışdır.Mayor samid İmanovun sonuncu döyüşü aprelin 3-ü gecə saatlarında olmuşdur. Döyüş zamanı yaralanan Mayor, cəsur komandir əsgərlərinin onu döyüş meydanından çxarılmasına etiraz eləmiş yaralı əsgərinin (gizir) çıxardılmasını əmr etmişdir.Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi üçün qəti göstəriş vermişdir.

Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, amma komandiri-Samid İmanovu yerində tapa bilməmişlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün maskalanmış və ordan uzaqlaşmışdır.Təhlükəli zonadan uzaqlaşmağı bacarsada aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir.

Qeyd edək ki, ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Samid İmanov prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlaMilli Qəhrəman (ölümündən sonra) adına layiq görülüb.

Samid İmanov 2013-cü ilin 16 iyundə dayısı qızı Badam xanım ilə ailə həyatı qurmuşdu.Bu nigahdan onların bir qızı və bir oğlu var idi; Fidan (2014) və Turan (2016).Uluyol.info, Saday Fərəcov

Uluyol.info xəbər portalı adından şəhidin ailəsinə səbr diləyirik.Azərbaycan torpaqları uğrunda bu günə qədər canını fəda etmiş şəhidlərin qarşısında əyilir və Uca Yaradandan tezliklə qisasınızı almağı dua edirik. Allah rəhmət eləsin.

Saday Fərəcov, uluyol.info

Bənzər yazılar

Back to top button