GündəmManşetSiyasət

Hikmət Hacıyev: “Ermənistanla münaqişə başa çatdı”

Azərbaycan Ermənistanla möhkəm sülh müqaviləsinin bağlanmasına ciddi maneə görmür və hesab edir ki, onların sərhədlərinin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər. Bu barədə dekabrın 19-da Londonda Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev bildirib.

«35 illik münaqişə başa çatdı”, – Hacıyev Londonda jurnalistlərə deyib. “Hazırda Azərbaycanın strategiyası sülhə nail olmaqdır və bu, hər iki tərəfdən addımlar atmağı tələb edir. Sülh sazişinə gedən yolda artıq Azərbaycan üçün maneə yoxdur”, – o bildirib.

Qeyd edək ki, bu həftə Hikmət Hacıyev Londona gedib, Böyük Britaniya Xarici İşlər Nazirliyində görüşlər keçirib və Britaniya KİV-ə müsahibə verib.

Bənzər yazılar

Back to top button