Sağlamlıq

Bakıda bir klinikanın 21 həkimi koronavirusa yoluxdu

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin 21 əməkdaşı koronavirusa yoluxub.

AzToday.az xəbər verir ki, bu barədə şöbənin əməkdaşı Etibar Abbasov öz sosoial şəbəkə hesabında yazıb .

Etibar Abbasov bildirib ki, Reanimasiya şöbəsində artıq xəstələrə baxan tibb işçisi yoxdur:

“Mən də daxil olmaqla, şöbənin 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz “tükənmişik” deyəndə, siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur….”.

Bənzər yazılar

Back to top button