HadisəManşet

Yardımlıda böyük narkotik plantasiyası aşkarlandı – Polis meşədə əməliyyat keçirdi

İyulun 6-da axşam saatlarında Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları narkotik bitkilərin əkildiyi böyük plantasiyanı aşkar ediblər.

Rayon sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Yardımlının Bərcan kəndinin meşə ərazisində aşkarlanan plantasiya məhv edilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, çəpərlənmiş ərazidə əkilən narkotik bitkilərə aqrotexniki qulluq göstərilirmiş. İşlə bağlı maddi sübutlar götürülüb və şübhəli şəxslərin müəyyənləşdirilməsi üçün Polis Şöbəsində araşdırmalar başlanılıb.

Yardımlı rayon Polis Şöbəsindən AzToday.az-a verilən açıqlamada məlumat təsdiqlənib və bildirilib ki, aşkarlanan narkotik plantasiyası ilə bağlı daha geniş məlumat gün ərzində açıqlanacaq.

Hadisə ilə bağlı araşdırmalarımız davam edir.

Orxan Məmmədov

AzToday.az

Bənzər yazılar

Back to top button