Dünya

Dünyanın ən yaxşı universitetləri dəvət edir, amma o, gedə bilmir… (SƏBƏB)

Ankara Ayrancı Anadolu liseyində təhsil alan Arda Mavi və sinif yoldaşı Zeynəb Dikle süni intellektin köməyi ilə işarə dilini səs və yazıya çevirən proqram hazırlayıblar.

Qaynarinfo xəbər verir ki, “Sesqoritma” adlı proqram sayəsində artıq bu dili bilən və bilməyənlər arasındakı maneə aradan qalxıb. Hazırladıqları proqram lisey şagirdləri arasında keçirilən araşdırma layihələri müsabiqəsində Türkiyə birincisi olub. Daha sonra ABŞ-da İntel Beynəlxalq Elm və Mühəndislik müsabiqəsinə göndərilən iş dünya üzrə dördüncü yeri qazanıb.

Bu ixtiralarından sonra şagirdlər dünyanın ən innovativ universitetləri sırasında birinci olan Arizona Dövlət Universiteti də daxil olmaqla süni intellekt üzrə təhsil verən bir sıra ali təhsil müəssisəsindən dəvət alıblar. Lakin ABŞ universitetləri xarici tələbələrə təqaüd vermədiyindən Zeynəb Türkiyədə oxumağa qərar verib.

Proqramın digər müəllifi Arda Mavi isə qayıdarkən ölkənin bir neçə nazirinin onları qarşıladığını, lakin təqaüd üçün indi heç birini tapmadıqlarını deyib. O, daha əvvəl də təhsil üçün müraciət etdiklərini, lakin bütün qurumların qapıları üzlərinə bağladığını bildirib.

Bənzər yazılar

Back to top button