Dünya

Braziliya prezidenti koronavirusa yoluxdu

Koronavirusun ən geniş yayıldığı ölkələrdən olan Braziliyada ölkə başçısı Cair Bolsonarunuonda virusa yoluxduğu iddia olunub…

PİA.az xəbər verir ki, bu 65 yaşlı prezident məsələ ilə bağlı açıqlama verərək özündə bəzi simptomların göründüyünü və dəqiq diaqnoz qoyulması üçün koronavirus testi olduğunu vurğulayıb. Testin nəticələrinin açıqlanmadığı bir zamanda CNN Braziliya prezident haqqındakı detalları əldə edib.

Məlumata əsasən, Bolsonaronun 38 dərəcə temperaturunun olduğu, bunun nəticəsində hidroksiklorokin dərmanı qəbul etdiyi müəyyənləşib.

Qeyd edək ki, daha əvvəl bir neçə də COVID-19 testindən keçən prezidentin test nəticələri mənfi olub. Hazırda Bolsonaroda simptomlar olduğu üçün bu həftə tətbiq olunacaq görüşlər ləğv edilib.

Bildirək ki, bugünədək Braziliyada 1.6 milyon insan virusa yoluxub, onlardan 65 min 500-dən çoxu həyatını itirib.

Bənzər yazılar

Back to top button