Lunaparkda faciə: sürət qatarından düşüb, öldü

by Aztoday Xəbər Portalı

Fransada 2 yaşlı oğlunun ad gününün qeyd etmək üçün əri ilə birgə lunaparka gedən qadın faciəvi şəkildə həyatını itirib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Park Saint-Paul lunaparkında əri və bir neçə ailə üzvü ilə birlikdə sürət qatarına minən 32 yaşlı qadın düşərək həyatını itirib. Şahidlərin sözlərinə görə qadın düşərkən əri ou ayağından tutmağa çalışıb, lakin müvəffəq olmayıb.

Hadisədən dərhal sonra təcili yardım briqadası gəlsə də, onu xilas edə bilməyiblər.

Qeyd olunur ki, sözügedən lunaparkda 2009-cu ildə də oxşar hadisə baş verib.

Bənzər Yazılar