İqtisadiyyat

Bank bu halda müştərinin kartına məhdudiyyət qoya bilməz (ŞƏRH)

“Əgər mənim bankda hesabım varsa, ondan yalnılz kartla istifadə edirəmsə, bank heç bir məhdudiyyət qoya bilməz”.

Bunu Qaynarinfo-ya iqtisadi ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov Kapital Bankın pensiya kartlarına qoyduğu mədaxil məhdudiyyətini şərh edərkən deyib. Onun fikrincə, Azərbaycanda pensiya və əmək haqları kartlarının sistemi əvvəldən düzgün qurulmayıb:

“Praktikada bizim banklarımız belədir. Məsələn, hansısa müsəssisə rəhbəri işçilərinə əmək haqqı vermək istəyir. Həmin adam gəlir bankla müqavilə bağlayır. Bank da onun bütün əməkdaşlarına kart verir. Bu, düzgün deyil, bank qanunvericiliyinə ziddir. Çünki bank hər bir müştərisi ilə ayrıca müqavilə bağlamalıdır. O cümlədən kart müqaviləsi. Həmin müştərinin bankda bank hesabı var, kart da bağlanır bank hesabına, müştəri hardan istəyir pul köçürə bilər, o cümlədən əmək haqqı da gələ bilər və s. Eynilə pensiya kartları”.

Əkrəm Həsənov qeyd edib ki, Kapital Bank hər bir kəslə müqavilə bağlamalıdır:

“Yəni, əgər dövət həmin bankı seçirsə, bu o demək deyil ki, bank qanunu pozarak kartları paylayır, amma pensiyaçılarla bank müqaviləsi hesabı bağlamır. Kart yalnız bank hesabından istifadə alətidir, vəssalam. Bu alət də bank qanunvericiliyinə görə bank hesabına bağlanmalıdır. Əgər mənim bankda hesabım varsa, ondan mən yalnılz kartla istifadə edirəmsə, bank heç bir məhdudiyyət qoya bilməz”.

Bənzər yazılar

Back to top button