İdman

“Messi 70 yaşına kimi oynamalıdı…”

“Barselona”nın sabiq hücumçusu Samuel Eto’o Lionel Messi haqda fikirlərini “Marca” ilə bölüşüb.

Fanat.Az xəbər verir ki, Eto’o Leonun hələ uzun müddət futbol oynamalı olduğunu düşünür:

“Messi tarixin ən yaxşı futbolçusudu. Mən olsam, komandaya yeni cəlb olunacaq oyunçularla bağlı həmişə Leo ilə məsləhətləşərdim. Fikrimcə, onun köməyə ehtiyacı var. Messi artıq 25 yaşlı biri kimi qaça bilmir. Hərçənd arada ona da cəhd edir.

Messini ən yaxşı komanda yoldaşları təmin etməliyik ki, oyunundan zövq ala bilsin. Leo 70 yaşına kimi oynamalıdı ki, biz də futboldan mümkün qədər zövq alaq”.

Bənzər yazılar

Back to top button