Dünya

Aşan tankerdən yanacaq oğurlamağa gəldilər, partladı və… – Dəhşətli olay (VİDEO)

Kolumbiyanın Pueblo Vieco şəhəri yaxınlığında qəza törədib aşan neft tankeri partlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, azı 40 nəfər yaralanıb. Polis qəzanın sürücünün sükan arxasında yuxulaması səbəbindən baş vediyini açıqlayıb.

Partlayış əsnasında bir qrup insanın tankeri sürücüsünü xilas etməyə çalışdığı, digər bir qrupun isə axan yanacağı qablara doldurduqları bildirilib. Ölü sayının bu qədər çox olmasına səbəb də məhz yanacağı oğurlamağa gələn insanların olmasıdır.

“Bu faciədir. Hazırda bir çox ailə uşaqlarının harda olduğunu bilmir”, – deyə Pueblo Vieco şəhərinin bələdiyyə sədri bildirib.

Bənzər yazılar

Back to top button