Ermənistanda koronavirusdan ölənlərin sayı 700 nəfərə yaxınlaşır

by Aztoday Xəbər Portalı

Yoluxanların sayı isə 30 minə çatır

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, Ermənistanda 7 iyul tarixinə səhərə olan rəsmi statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 29285 nəfərə çatıb.

Mərkəzdən verilən məlumata görə, son 1 sutkada daha 349 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Son sutkada daha 5 nəfər ölüb, bununla da ölənlərin ümumi sayı 667 nəfərə çatıb.

Bənzər Yazılar