İqtisadiyyat

FHN 6 min manat vergi borcu olan şirkətə 3,8 milyon manat ayırdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tenderin qalibi “Şahdağ Təchızat” MMC olub.

Tender müsabiqəsinin şərtlərinə görə “Şahdağ Təchızat” MMC FHN-nin Maddi Texniki-Təchizat İdarəsinə 3 milyon 779 min 304 manat dəyərində yumşaq inventarlar satacaq.

Məlumat üçün bildirək ki, 17.07.2017-ci ildə dövlət qeydiyyatına alınan “Şahdağ Təchızat” MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin bu sahədə hansı təcrübəyə sahib olduğu və daha əvvəl gördüyü analoji işlərlə bağlı da açıq mənbələrdə məlumat yoxdur.Onu da bildirək ki, Quba rayonunda qeydiyyatda “Şahdağ Təchızat” MMC-nin dünənə (06.07.2020) olan məlumata görə dövlət büdcəsinə 6 min 118 manat 88 qəpik vergi borcu var.

Qeyd edək ki, tender müsabiqəsinin əsas şərlərindən biri də iştirakçı şirkətin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması ilə bağlıdır.(yeniavaz.com)

Bənzər yazılar

Back to top button