Digər

Türkiyədə 276 nəfər qeyri-qanuni miqrantın olduğu gəmi saxlanılıb

Aralarında 46 qadın və 59 uşağın da olduğu miqrantlar Əfqanıstan, Banqladeş, Suriya, Mərkəzi Afrika Respublikası, Somali və İran vətəndaşlarıdır

AzToday.az “Anadolu” xəbər agemtliyinə istinadən xəbər verir ki, Türkiyənin qərbində yerləşən İzmir vilayətinin sahilləri yaxınlığında gösyərtəsində 276 nəfər qeyri-qanuni miqrantın olduğu gəmi saxlanılıb.

İzmir Polis İdarəsindən gəminin Narlıdere sahillərində saxlandığını və yoxlanıldığı bildirilib.

Əfqanıstan, Banqladeş, Suriya, Mərkəzi Afrika Respublikası, Somali və İrandan olan qeyri-qanuni miqrantlar Türkiyənin müxtəlif yerlərindən İzmirə gələrək gəminin trümlərində gizləniblər.

Qeyd edək ki, saxlanılanlar arasında 46 qadın və 59 uşaq var.

Xatırladaq ki Avropaya miqrantların qanunsuz qaçaqmalçılığının təşkili üçün 8 nəfər həbs edilib.

Bənzər yazılar

Back to top button