Hadisə

Baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu (FOTO)

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzToday.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Kamran Nəsirli 2 piyada qadını vurub.

Hər iki qadın hadisə yerində ölüb.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button