İdman

“Real”ın Mbappe planı: Transfer pulsuz başa gələcək

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az “El Chiringuito”ya istinadən xəbər verir ki, “Real” Mbappenin transferi ilə bağlı yeni planlar qurur. Məlumata görə, Madrid klubu 2022-ci ildə 21 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq niyyətindədi. Mbappeni razı salmaq üçün rəhbərlik ona 100 milyon avro dəyərində imza bonusu təklif etməyə hazırdı.

2019-20 mövsümündə Liqa 1-də 20 matçda meydana çıxan fransız forvardın aktivində 18 qol, 6 məhsuldar ötürmə var.

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatır.

Bənzər yazılar

Back to top button