İqtisadiyyat

«Sobsan Boya»: «Bütün mallarımız yanıb, 20 milyon manat zərərdəyik»

İyulun 4-dən 5-ə keçən gecə baş verən yanğın nəticəsində «Sobsan Boya» fabrikində hazır məhsullar bütünlüklə məhv olub…

Bu barədə Fed.az-a şirkətin nümayəndəsi Namina Ağasıyeva bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində fabrikdə hazır məhsulların saxlandığı anbar tamamilə yanıb və bütün hazır məhsullar məhv olub: «Fabrikə təqribən 20 milyon manat zərər dəyib. Hazır məhsul bütünlüklə yanıb».

Fabrik nümayəndəsi bildirib ki, məhv olan məhsulların bir hissəsi xarici ixrac üçün nəzərdə tutulmuşdu: «Məlum olduğu kimi, «Sobsan Boya» 12 ölkəyə məhsul ixrac edir və məhv olan malların bir hissəsi məhz ixrac üçün nəzərdə tutulmuşdu».

Fabrik nümayəndəsi bildirib ki, yanğının səbəbi hələlik məlum deyil və aydınlaşdırılır.

Bənzər yazılar

Back to top button