Hindistandan sonra ABŞ da “Tik-tok”a qadağa qoya bilər

by Aztoday Xəbər Portalı

Ağ Ev “Tik-tok”un fəaliyyətinə qadağa qoyulması məsələsinə baxır.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib. Məsələni ciddiyə aldıqlarını deyən hökumət rəsmisi Çin istehsalı olan sosial şəbəkələrin istifadəçilərin şəxsi məlumatlarını oğurladığını bildirib.

“Tik-Tok”dan isə hələlik məsələ ilə bağlı hər hansısa bir açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Hindistan da Çin mənşəli 59 tətbiqin, o cümlədən “Tik-Tok”un istifadəsini qadağan edib.

Bənzər Yazılar