Hadisə

“Gedin, sizi 10 min verdiyiniz müğənnilər müalicə eləsin” – “Semaşko”nun həkimi

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub.

Qaynarinfo xəbər verir ki, koronavirusa yoluxan ATU Cərrahiyyə Klinikasının həkimi Etibar Abbasov məsələ ilə bağlı öz “Facebook” səhifəsində status yazıb:

“ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz tükənmişik deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur. İndi gedin sizi hər uğurunda 100000-lər alan idmançılar, toyunuza “əşi bir dəfə toy edirik” təsəllisi ilə 10000-lər verib çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin.

(P.s: Dərdimiz nə puldu nə də başqa maddi bir şey. sizlərdən hansısa dəyər gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmıyın. Özünüzü qoruyun, Allaha əmanət olun.)”.

Bənzər yazılar

Back to top button