İdman

Klopp Qvardioladan üzr istədi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardioladan üzr istəyib.

Qol.az xəbər verir ki, buna səbəb “mersisaydlılar”ın azarkeşlərinin Premyer Liqanın 11-ci turunda “Mançester Siti” ilə matç zamanı (1:0) Qvardiolanın üzərinə pul atmaqları olub.

Klopp bu barədə deyib: “Bu, dəhşətlidir. Çox üzr istəyirəm. Bu, heç vaxt olmamalı idi”.

Qeyd edək ki, “Liverpul” azarkeşlərin davranışını pisləyən bəyanat yayıb, bunu qəbuledilməz adlandırıb. Klub həmin şəxslərin CCTV kameraları vasitəsilə tapılacağını və onları ömürlük “Enfild”dən uzaqlaşdıracağını vəd edib.

Bənzər yazılar

Back to top button