DünyaManşet

Pandemiya kütləvi erməni qırğınına səbəb olacaq

Keşmiş baş nazir Hrant Baqratyanın sözlərinə görə, əsl erməni soyqırımını Paşinyan hakimiyyəti həyata keçirir

AzToday.az “tert.am”a istinadən xəbər verir ki, Ermənistan Respublikasının keçmiş baş naziri Hrant Baqratyan “ArmNews” telekanalında yayımlanan “Günün sualı” verilişində baş nazirin, komendantın və səhiyyə nazirinin şəxsində ölkədə zəif idarəetmə aparıldığını iddia edib:

“Epidemiya daha 5-6 il davam edəcək, qışda yenidən başını qaldıracaq. Ermənistanda çox zəif bir “qapanma” tətbiq olundu, heç bir karantin yox idi. Ödənişlər yalnız telefonla aparılmalı idi, şəxsi əlaqə daha da məhdudlaşdırılmalı idi, bu gün pul virusu yaydı. İrəvanda heç bir küçə yuyulmur“.

Keçmiş baş nazir H. Baqratyanın sözlərinə görə, yalnız maskalar geyinmək virusun yayılmasına mane olmur və hətta hakimiyyət maska biznesindən faydalanır:

“Bu gün Ermənistanda 700 min yoluxma var. Bizim infeksiya nisbətimiz İsveç kimi karantin elan etməmiş ölkələrə nisbətən daha yüksəkdir.

Ölkəmiz qapalıdır, getdikcə məhv olacaq. Hər kəs yoluxsa belə, bu heç bir məna daşımır, çünki onsuz da xəstə insanlar yenidən yoluxur, anticizmlər çox az bir miqdarda əmələ gəlir”.

Keçmiş baş nazirin sözlərinə görə, fövqəladə vəziyyət rejimini uzatmağa ehtiyac yoxdur: “Fövqəladə vəziyyətin məqsədi mitinqlərə qadağa qoymaqdır. Əgər xalq əsl inqilab etmək istəyirsə, qoy demokratik azadlıqlarını tələb etsinlər. Paşinyan populistdir və buna görə mübarizəmiz nəticəsiz qalıb. Fürsətdən istifadə edib diktatura yolu ilə getməyə çalışırlar. Komendant Tiqran Avinyan (baş nazirin meavini) yalnız atasının biznesini təbliğ edir, rəqabət olmadan test istehsal edir və maskalar alırlar”.

H.Baqratyanın sözlərinə görə, pandemiya kütləvi erməni qırğınına səbəb olacaq, həlak olanların sayı min nəfəri keçib və yüzlərlə ölüm qeydə alınmayıb: “Bu soyqırımıdır. Dünyadakı orta göstəricilərinə görə, 5000 xəstəmiz olmalı idi, amma 30 min yoluxma var.
Paşinyan qaçılmaz olaraq baş verəcək məhkəməni düşünür, 20-30 il həbsdə oturmalı olacaq”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button