Dünya

Mustafa Şəntop yenidən Türkiyə parlamentinin sədri seçilib

Müxalifətin namizədlərinin qatıldığı seçkidə TBMM-in yeni rəhbərini müəyyən etmək yalnız 3-cü turda mümkün olub

AzToday.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Mustafa Şəntop yenidən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Parlament sədri vəzifəsinə AKP-nin nümayəndəsi M.Şəntopla yanaşı, Cümhuriyyət Xalq Partiyasından (CHP) Haluk Qoç, Xalqların Demokratiya Partiyasından (HDP) Erol Qatırçıoğlu və İYİ Partiyadan Hüseyn Filizin namizədliyi irəli sürülüb.

Səsvermənin ilk iki turunda TBMM-in yeni rəhbərini təyin etmək mümkün olmayıb. Üçüncü turda tələb olunan minimum 301 səsin əvəzində 328 millət vəkilinin dəstəyi ilə ilə Mustafa Şəntop Türkiyə parlamentinin sədri seçilib

Qeyd edək ki, səsvermədə 557 millət vəkili iştirak edib.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button