İdman

“Türkiyə futbolu Azərbaycandan da aşağı səviyyəyə düşəcək”

“Qarşıdakı illərdə Türkiyə futbolu İran və Azərbaycan futbolundan da aşağı səviyyəyə düşəcək”.

Fanat.az xəbər verir ki, bu sözləri Türkiyənin “Fatih Karagümrük” klubunun prezidenti Süleyman Hurma deyib.

Legioner limitinə qarşı olan klub rəhbəri Türkiyə futbolunun qan itirdiyini qeyd edib: “Türk futbolu qan itirir. Qarşıdakı illərdə Türkiyə futbolu İran və Azərbaycan futbolundan da aşağı səviyyəyə düşəcək. Görə biləcəyimiz tək iş limit məsələsini gündəmə gətirməkdi. Bu yanlış qərardı. Rəsmi şəxslər bunu bilmir, bilənlər də rəsmi deyil. Limit 100 min avroluq türk futbolçuların qiymətinin 2 milyon avroya qalxmasına gətirib çıxarır. Legioner limiti olanda biz İngiltərədən 8 qol buraxırdıq, qapıya zərbə vura bilmirdik. Problem rəqəmlərdə deyil. Biz idarə etməyi bilmirik. Limit klubların maliyyə vəziyyətini pisləşdirəcək. Legioner limiti olmayanda ölkə futbol tarixində Avropada oynayan türk futbolçuların sayı rekord vurmuşdu”.

Bənzər yazılar

Back to top button