Dünya

İnsanlar romantik partnyorlarını necə seçir? – Alimlər öyrəndi

Amerikalı mütəxəssislər insanların romantik tərəfdaşlarını necə seçdiklərini öyrənməyə qərar verib.

Qaynarinfo xəbər verir ki, bunun üçün, sevilən birinin üç ideal xüsusiyyətini səsləndirmələri istənən 700-dən çox könüllünün iştirakı ilə bir araşdırma aparılıb.

Sınaqdan keçirilənlər tapşırığın öhdəsindən çox asanlıqla gələ bilib, sadalanan xüsusiyyətlər arasında daha çox “məzəli”, “cəlbedici”, “maraqcıl” kəımələri olub. Bundan sonra könüllülərdən şəxsən tanıdıqları bir sıra insanların romantik cazibəsini qiymətləndirmək istənilib.

Məlum olub ki, romantik cəlbediciliyin gücü həqiqətən göstərilən üç ideal xüsusiyyətin cəmi ilə əlaqələndirilir, lakin bu xüsusiyyətlər o qədər ümumidır ki, onlara uyğun olmaq həmişə cütlüyün və romantik münasibətlərin yaranmasına səbəb olmur.

Təcrübənin nəticələrinə görə, mütəxəssislər ortaq bir idealın olmasına baxmayaraq, insanların qarşıdakından nə istədiklərini əslində bilmədikləri barədə qənaətə gəlib.

Tədqiqat Kaliforniya Universitetinin alimləri tərəfindən aparılıb, material “Medical Xpress” jurnalında dərc edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button