İdman

Messi, yoxsa Ronaldu? – De Rossinin seçimi

“Roma”nın keçmiş yarımmüdafiəçisi Daniele De Rossi Lionel Messi haqda fikirlərini bölüşüb.

Fanat.Az “La Nacion”a istinadən xəbər verir ki, De Rossi Kriştianu Ronaldunun sadəcə titullar, qollar və statistika baxımından Leo ilə müqayisə oluna biləcəyini qeyd edib:

“Onunla eyni meydanda olmaq belə, insana motivasiya verir. Bəzən komanda yoldaşlarımın matçlardan əvvəl Messiyə heyranlıqla baxdıqlarının şahidi olurdum. Mən də istisna deyildim.

Mən belə böyük oyunçu qarşısında emosiyalarımı və zəifliyimi gizlətməyə çalışırdım. Topu Messidən almaq tamamilə başqa hissdi, digər oyunçulardan top oğurlamağa bənzəmir.

Son 15 ildə Leo yalnız onunla eyni meydanı bölüşmək hüququnun olduğunu sübut etməyə çalışan futbolçulara qarşı oynamağa vərdiş edib. Buna əsaslanaraq deyə bilərəm ki, o, inanılmaz dərəcədə güclü ruha sahibdi.

Futboldan danışırıqsa, sübuta ehtiyac yoxdu. Sözlər əskik qalır. Statistika, qollar, titullar baxımından Messi ilə müqayisə oluna biləcək başqa oyunçular da var. Məsələn, Ronaldu. Amma zövq faktorunu da unutmayacaq. Şəxsən mən Leonun oyununu izləyəndə daha çox zövq alıram”.

Bənzər yazılar

Back to top button