Dünya

Türkiyədə koronavirusa yoluxmuş 185 min nəfər sağalıb

Səhiyyə naziri Fəxrəddin Qocanın sözlərinə görə, xəstəlik qurbanlarının ümumi sayı 5282-ə çatıb

AzToday.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca koronavirus infeksiyasının yayılmasına qarşı yaradılan Elmi Şuranın iclasından sonra bildirib ki, bu günə qədər ölkədə koronavirus infeksiyası olan cəmi 185.292 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

Nazirin sözlərinə görə, son bir gündə Türkiyədə yeni bir növ koronavirus (COVID-19) infeksiyasından daha 22 ölüm hadisəsi təsdiqlənib və xəstəlik qurbanlarının ümumi sayı 5282-ə çatıb.

Nazir əlavə edib ki, qeydə alınan koronavirus infeksiyası hallarının ümumi sayı 208 938 olub. Səhiyyə nazirinin sözlərinə görə, son bir gündə COVID-19 üzrə 49.300 və pandemiyanın başlanğıcından bəri 3.78 milyondan çox sınaq keçirilib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button