Dünya

Aclıqdan ölənlərin sayı pandemiyadan ölənləri ötə bilər – Aclıq virusu

Yeni tip koronavirus pandemiyası ilə əlaqədar qlobal iqtisadiyyata dəyən güclü ziyan nəticəsində aclıqdan ölənlərin sayı virusdan ölənləri keçə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Oksfam Beynəlxaq Yardım Fondu məlumat verib. Fond pandemiya səbəbindən əkinlərin tarlalarda qaldığını, ərzaq paylaşdırılması sisteminə ciddi zərər dəydiyini və yoxsul ölkələrə göndərilən pul yardımının azaldığını açıqlayıb. Cənubi Afrika, Hindistan və Braziliya kimi orta gəlirli ölkələrin də pandemiyanın mənfi təsirlərinə məruz qaldığı deyilən məlumatda məhdudiyyətlər səbəbindən insanların küçəyə çıxmasına qadağa qoyulduğu üçün milyonlarla insanın iş yerini itirdiyi qeyd olunub.

Oksfam hazırda aclığın geniş yayıldığı Əfqanıstan, Cənubi Sudan və Suriyanın bu dövrdə aclıqdan ən çox zərər çəkən ölkələr olduğunu açıqlayıb. Fondun hazırladığı “Aclıq virusu” adlı hesabatda ümumilikdə 122 milyon insanın aclıqdan ölə biləcəyinə diqqət çəkilib.

Epidemiyanın ən çox yayıldığı aprel ayında virusdan gündəlik 2000 insanın öldüyü, lakin aclıq səbəbindən bu rəqəmin günlük 12 min nəfərə çıxa biləcəyi qeyd olunub.

Bənzər yazılar

Back to top button