İqtisadiyyat

Məşhur şirkətdən rebrendinq: “Smart Electronics” mağazalar şəbəkəsi fəaliyyətə başladı

2016-cı ildən ölkəmizin elektronika bazarında faydalı kredit şərtləri və rəqabətədavamlı nəğd alış siyasəti ilə geniş müştəri portfeli formalaşdırmış “Smart Telecom MMC” fəaliyyət arealını genişləndirir.

Belə ki, şirkət cari ilin iyul ayından “Smart Electronics” mağazalar şəbəkəsi kimi fəaliyyətini davam etdirəcək.

Qısa zamanda 28 may və Neftçilər filiallarında vətəndaşlara təqdim edilən uyğun təklif və göstərilən xidmətlərlə məmnun müştəri auditoriyasının etibarını qazanmış “Smart Electronics”-in növbəti filialı da tezliklə istifadəyə veriləcək.

Şirkətin daha çox çeşid və geniş seçim imkanları ilə təmsil olunacağı Əhmədli filialı alıcıları smart xidmətlərə bir addım da yaxınlaşdırmağı planlaşdırır.

Şirkətin veb saytı www.smartelectronics.az tezliklə yeni bir formatda, müştərilərin tam rahat şəkildə online alış-veriş edə biləcəyi bir şəkildə istifadəyə veriləcək.

Müştərilər bu saytdan istifadə edərək şirkət məhsullarını, şəxsi kredit portfellərini və kreditlərinə olan borclarını görə biləcək və ödənişlərini online şəkildə həyata keçirə biləcəklər.

Bənzər yazılar

Back to top button