Dünya

Ermənistanda daha 557 nəfər koronavirusa yoluxub

Koronavirusa yoluxanların sayı 30903, ölənlərin sayı 723 nəfərə çatıb

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, Ermənistanda 10 iyul tarixinə səhərə olan rəsmi statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 30903 nəfərə çatıb.

Mərkəzdən verilən məlumata görə, son 1 sutkada daha 557 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Ölənlərin ümumi sayı 723 nəfərə çatıb.

Bənzər yazılar

Back to top button