Cəmiyyət

TƏBİB rəsmisindən rayona getmək istəyənlərə müraciət

“Yay mövsümü ilə əlaqədar rayona gedə bilməyən insanlardan çoxsaylı müraciətlər alırıq”.

Oxu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, təəssüf ki, bütün dövrlərdə pandemiya ilə mübarizədə ən effektiv üsul karantin metodudur:

“Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. İnsanlar Bakıdan rayona və ya rayondan paytaxta gəlməklə digər insanları da bilmədən yoluxdura bilər.

Bu məsələ nəzərə alınır. İnsanların həyatını riskə atmamaq üçün bu məsələ hələlik müzakirə edilir. Səbrli olmağı tövsiyə edirik”.

Bənzər yazılar

Back to top button