İqtisadiyyat

Baş Nazirin kreditlərlə bağlı qərarında hansı problemlər var? – Ekspert

“Sahibkarlara, yaxud da ipoteka kreditlərinin verilməsi tam şəffaf olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı qərardan danışarkən deyib. Onun sözlərinə görə, əslində, sahibkarlara güzəştli kreditlərlə bağlı qərar aprel ayında verilib:

“Bunun üçün müəyyən məbləğ də ayrılmışdı. İndi həmin kreditlərin verilməsinə başlanılıb. Təqdirəlayiq qərardır. Bu kreditlər sahibkarlara verilməlidir ki, onlara dəstək olsun. Amma problemlər də var. Bunlar hansılardır? Birinci problem odur ki, elə sahibkarlıq növləri var ki, orada məsələ kreditlə həll olunmayacaq. Onların vəziyyəti çox pisdir. Məsələn, turizm, otel və s. kimi pandemiya, karantin aylarında ən ağır vəziyyətə düşən sahələrdir. Bunların biznesi tam dayanıb. Burada tək kreditə yox, doatasiyaya ehtiyac var. Ən azı bu şirkətlərə verilən kreditlər daha sərfəli şərtlərlə olsaydı, yaxşı olardı”.

Əkrəm Həsənov bildirib ki, bu kreditlərin şəffaf keçirilməsi üçün xüsusi sayt fəaliyyət göstərməlidir:

“Konkret göstərilməlidir ki, məbləğ kimə, niyə və nə qədər verilib. Bu, dövlətin puludur. Hamı görməlidir ki, pullar hara xərclənir. Kiməsə verilməyəndə də söz-söhbət yaranmasın. Hər şey ortada olmalıdır”.

Bənzər yazılar

Back to top button