Cəmiyyət

Metronun bağlanmasının əsas səbəbi – Hikmət Hacıyev

“Tunel şəraitində fəaliyyət göstərən metroda virusun yayılması daha sürətli ola bilər”.

Oxu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, digər ölkələrin praktikası əsasında da qiymətləndirilib:

“Tunellərdə, qatarlarda havalandırma sistemi bu virusun yayılması üçün münbit şərait hesab olunur. Məhz bu riski gözə almamaq üçün metronun fəaliyyəti dayandırılıb. Bunun əvəzində ekspress avtobusların fəaliyyətinə üstünlük verilir”.

Bənzər yazılar

Back to top button