Ərdoğandan xristian dünyasını qəzəbləndirən qərar – Ayasofya məscid kimi fəaliyyət göstərəcək

by Aztoday Xəbər Portalı

Türkiyə Dövlət Hüquq Şurası bu gün – iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib. Məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. Məhkəmə hökumətin bu qərarını ləğv edib.

Ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi bu qərarın ləğv olunması üçün 2005-ci ildə məhkəməyə şikayət etmişdi.

Qeyd edək ki, şikayətdə iki məqama diqqət çəkilib.

Birincisi, Ayasofyanın İstanbulu fəht edən Sultan Mehmet Fatehin mülkiyyəti olduğu və onun vəsiyyəti məscid kimi fəaliyyət göstərdiyi qeyd olunub. Heç kimin bu vəsiyyəti dəyişmək hüququnun olmadığıqeyd edilib.

İkincisi, Türkiyə Nazirlər Kabinetinin Ayasofyanın muzeyə çevrilməsinə dair qərarında Atatürkün imzasının saxtalaşdırıldığı qeyd edilib.

Türkiyə Dövlət Hüquq Şurası uzun araşdırmalardan sonra, şikayətdə haqlı sayıb, Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib

Türkiyə Dövlət Hüquq Şurasının bu qərarından sonra, Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın yenidən məscid olması haqda sərəncam imzalayıb.

Sərəncamı sosial media hesabından paylaşan Ərdoğan “Xeyirli olsun” yazıb. Sərəncama görə, Ayasofoya Diyanət İşləri Nazirliyinin sərəncamına verilib.

Qərar Türkiyə Milli Məclisində ayaqda alqışlanıb. Qərardan az sonra Aysofya məscidindən 86 il sinra ilk azan oxunub.

Bənzər Yazılar