Cəmiyyət

Göygöldə Yezid peyda olub: “7 aydır su üzünə həsrətik” (VİDEO)

Göygöl rayon Çaykənd kənd sakinləri 7 aydır su üzünə həsrət qalıblar.

Sakinlərin AzToday.az vasitəsi ilə dövlət başçısı İlham Əliyevə etdiyi müraciətdə bildirilir ki, rayon su idarəsi və regional departament onların problemini həll etmək əvəzinə şikayətçiləri təhdid edir:

“Cənab Prezident sizdən imdad diləyirik.

7 aydır su üzünə həsrətik. Rayon su idarəsi və region departamenti at oynadır. Nə “Azərsu” rəhbərliyindən, nədəki ölkə prezidentin tapşırəgına məhəl qoymurlar. Şikayət edən söyülür və təhdid edilir. Qadınlara biədəb söyüşlər söyürlər.

Biz Göygöl rayon Çaykənd kənd sakinləri sizdən xahiş edir və yalvarırıq: Bizi bu zülümdən qutarın…”

Bənzər yazılar

Back to top button