Dünya

ABŞ-da İranın 1996-cı il terroruna görə təzminat ödəməsi haqda qərar verildi

ABŞ məhkəməsi İranın 1996-cı ildə Səudiyyə Ərəbistanındakı “Khobar Towers” yaşayış kompleksində baş verən terror hadisəsində xəsarət alan hərbçilərə və ölənlərin ailələrinə 879 milyon dollar təzminat ödəməsi barədə qərar verib.

RİA Novostinin verdiyi məlumata görə, bu barədə “Times” nəşri məlumat yayıb.

Məhkəmə qərarında İran hakimiyyətinin partlayıcı maddə ilə dolu yük maşınını partladan “Hizbullah” yaraqlılarının hərəkətlərinə istiqamət verdiyi və onlara maddi yardım etdiyi əks olunub. Hakim Tehranın həmin gün xəsarət alan 14 hərbi qulluqçuya və onların ailə üzvlərinə 879 milyon dollardan çox pul ödəməsi barədə qərar verib.

Xatırladaq ki, həmin terror hadisəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin 19 hərbçisi ölüb, təxminən 500 nəfər yaralanıb. (APA)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button