AnalitikaDünyaManşet

Ərdoğanın Ayasofya təxribatı – Atatürkün qərarı ləğv olundu (FOTO)

Ayasofya muzeyinin yenidən məscidə çevrilməsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2729 saylı 10 iyul 2020-ci tarixli qərarı dünya gündəminə bomba kimi düşdü.

Dünyanın ən nüfuzlu xəbər agentliyi Reuters Ayasofya muzeyinin yenidən məscidə çevrilməsini “təcili” kodu ilə yayaraq bu qərarın beynəlxalq normalara zidd olduğunu açıqladı.

Ayasofya muzeyinin yenidən məscidə çevrilməsi ilə bağlı xəbər, məqalə yayaımlayan Qərb mediası bu qərarın arxasında Rəcəb Tayyib Ərdoğanın istəyinin dayandığını da vurğulayırlar.

Ayasofya məbədi (Müqəddəs Sofia) 537-ci ildə Bizans imperatoru I Yustinian tərəfindən inşa edilib. Romada, 17-i əsrdə Müqəddəs Pyotr kilsəsinin inşasına kimi dünayada ən böyük bazilka hesab olunub. İstanbul (Konstaantinopol) 1453-cü ildə Sultan Mehmet Fatih tərəfindən fəth edildikdən sonra Müqəddəs Sofia məbədi məscidə çevrilib və onun minarələri inşa edilib.

1931-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Qazi Mustafa Kamal ölkəsinin müasir bir dövlətə çevrilməsi, mədəniyyətin inkişafı və o cümlədən Qərb ictimaiyyətinin xahişlərini də nəzərə alaraq Ayasofya məscidinin müzeyə çevrilməsi qərarına gəlib və həmin ilin sonlarında Ayasofyada ibadətlərə verilib. 1932-ci ilin əvvəlindən Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı təmir işləri başlayıb. Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetiin rəsmi 7/1589 saylı qərarı 24 noyabr 1934–ci ildə verilib. Çox maraqlıdır ki, Qazi Mustafa Kamal Atatürk imzasını ilk dəfə məhz Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetiin rəsmi qərarını imzalaykən istifadə edib. Ayasofya 1935-ci ilin fevralın ilk günündən muzey kimi fəaaliyyətə başlayıb. Fevralın 6-da isə onu Mustafa Kamal Atatürk ziyarət edib.

İslamçı “Milli görüş” hərəkatı ötən əsrin 70-ci illərindən başlayaraq Ayasofyanın yenidən məscidə çevrilməsi ilə bağlı fikirləri gündəmə gətirib. Türkiyədə siyasi islam gücləndikcə Ayasofyanın məscidə çevrilməsi tələbi də artıb. İslamçı Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyətə gəlməsindən sonra zaman-zaman Ayasofya muzeyinin məscidə çevrilməsi müzakirə olunub. Sonuncu dəfə belə müzakirə 2018-ci ildə olub və cəmiyyətin radikal islamçı təbəqəsinin tələblərinə cavab olaraq prezident Rəcəb Tayyib Ərdoğan “Öncə Sultan Ahmeti və digər məscidləri doldurun, sonra Ayasofyanı tələb edin” cavabını vermişdi. O zaman prezident Ərdoğan Ayasofyanın muzeydən məscidə çevrilməsinin Türkiyənin Qərbdə inşa etdiyi məscidlərin faəliyyətinin təhlükəyə salacağını nəzərə alaraq, bir dövlət adamı kimi belə bir qərar verməyəcəyini açıqlamışdı.

İki il sonra isə Ərdoğan Ayasofyanın yenidən məscidə çevrilməsini gündəmə gətirdi və siyasi ustalıqla bu işi öncə məhkəmə qərarı halına gətirdi. Məhkəmənin siyasi iqtidarın göstərişlərini yerinə yetirdiyini göstərən məqamlar var. Belə ki, məhkəmənin rəsmi qərarı açılamazdan öncə prezident Ərdoğanın yaxın adamları Ayasofyanın yenidən məscidə çevriləcəyi ilə bağlı xalqa gözaydınlığı verən açıqlamalar yaymışdılar.

Ərdoğanın bu qərarına ən kəskin reaksiya verənlər arasında Rusiya mediası xüsusi yer alır. Rusiyanın hakim-dairələrinin sərt nəzarəti altında olan rus mətbuatı İstanbulu türklərdən geri alacağına, Ayasofyanı yenidən kilsəyə çevirəcəyinə and icmiş Romanovlar sülaləsinin ikinci çarı Alekseyin bu vəddini həyata keçirməyə and içdindiyini, bu istəyini xələflərinə vəsiyyət etdiyini, I Pyotrun İstanbul arzularını xatırlayır və ən nahəyyət bolşeviklərin çevrilişi baş verməyəcəydi birinci dünya müharibəsinin sonunda Rusiyanın İstanbulu geri almaq ərəfəsində olduğunu yazır. Türkiyənin cəzalandırılması tələbi isə büütün cristian ölkələrindən ucalır.

Ərdoğanın “Ayasofta təxribatı”ndan bir qədər öncə Fransa Türkiyənin bir sıra addımlara görə cəzalandırılması tələbi ilə Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısını çağırmışdı. Bu toplantı iyul ayının 13-də baş tutmalıdır. Ərdoğanın “Ayasofta təxribatı”nın Avropa Birliyinin xarici işlər nazirlərinin sammitində Fransanın mövqelərini gücləndirəcəyi şübhəsizdir.

Əzici böyük xarici borc altında olan Türkiyəyə qarşı Avropa Birliyi hər hansısa bir iqtisadi sanksiya qəbul etsə, bu Türkiyə iqtisadiyyatı üçün fəlakətli nəticəyə səbəb olacaq.

Ərdoğanın tərəfdarlarını fəallaşdırmaq üçün atdığı bu qərarı islamçı və milliyyətçi partiayalar dəstəkləyərək Ayasofyanın muzeydən məscidə çevrilməsini millət iradənin təntənəsi adlandırıblar. Bu isə “Ərdoğanın Ayasofya təğribatı”na görə cəzanın da türk millətinə kəsilə blıcəyinə yol açmaq deməkdir.

Təəssüf ki, Türkiyə siyasi elitası çağdaş dünyanın bütün dövlətlər üçün doğurduğu çağrışa, modenləşmək zərurətinə uyğun qərarlar qəbul etmək əvəzinə bir neçə yüz il öncənin tarixi nostalgiyasına qapılmaqdadır. Ən təhükəsi də odur ki, bu tendensiya ildən-ilə güclənir və ən pisi də odur ki, bu tendensiya Azərbaycana da siyarət edir.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button