Dünya

ABŞ-da sensasion hadisə: Oklahoma ştatının yarısı Hindu ərazisi kimi təsdiqləndi

ABŞ Ali Məhkəməsi Oklahoma əyalətinin yarısının bölgədəki yerli Amerika qəbiləsinin ərazisi olması barədə qərar verdi

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Oklahoma ştatındakı Muskoci qəbiləsinin üzvü Cimmi MakGirt tərəfindən törədilən bir cinayətə dair mübahisə nəticəsində, ABŞ Ali Məhkəməsi, ştatın şərq tərəfində qalan və Oklahoma ştatının yarısını əhatə edən Muskoci (Krik) qəbiləsinə aid olduğu üçün bu bölgədə törədilən cinayətlərə yalnız federal məhkəmədə baxıla biləcəyi barədə qərar qəbul edib. Bununla da ABŞ Ali Məhkəməsi Oklahoma ştatının yarısının Hündu qəbilələrinə aid olduğunu təsdiq edib.

Məhkəmə sənədlərinə görə, mühakimə hüququ ilə bağlı mübahisədə Muskoci qəbiləsinin üzvü MkGirt, ABŞ Konqresinin bu bölgədəki Krik qəbiləsinin suverenliyinə son verən bir qərar qəbul etmədiyini və Oklahomanın şərq tərəfinin yarısının hələ də Hindu torpağı olduğunu iddia edib.

Bunu əsas götürən 9 nəfərlik Ali Məhkəmə hakimlərindən 5 nəfərin “hə” dediyi səsvermə nticəaində MkGirtin iddiası qəbul edidli və əyalət ərazisinin yarısının Krik rezervasiya bölgəsinə aid olduğunu təsdiqlənib.

Ali Məhkəmənin sədri Neil Qorsuçun elan etdiyi qərar nəticəsində yerli amerikalılar uzun illərdən sonra ilk dəfə torpaq mübahisələrində ABŞ-da müəyyən bir hüquqi qələbə qazanıblar.

Qərarın bu gündən bəri bölgədəki ticarət mübahisələrinə və sosial problemlərə necə təsir edəcəyi maraqlıdır.

Xatırladaq ki, Oklahoma ştatı 1907-ci ildə ABŞ-a qoşulduqdan sonra ştatın yarısını əlində saxlayan Hindu Muskoci qəbiləsinin ərazisinin statusu qeyri-müəyyən olaraq qalırdı.

Orxan Məmmədli

Aztoday.az

Bənzər yazılar

Back to top button